|
Piterin şöhrəti görünməmiş təqdimetmə gücü və təxəyyüllə tembrin vəhdətində qeyri-adi zərifliyin uzlaşdırılması şəklində alətlərin yaradılması üzərində qurulur. Onun gözəlliyin dizaynının çatdırılması üçün vacib olan iti nəzərlərlə kombinasiya olunmuş akustik vərdişləri Ross Dali (tarhu, lira-tarhu və kamança-tarhu), Habil Əliyev (kamança-tarhu), Kayhan Kalhor (kamança-tarhu), Ju Pass, Ru Kuder və Tac-Mahal (gitaralar), Hopkinson Smit (lyutna və vihuela), Xavier Diaz (barokko gitarası və vihuela) da daxil olmaqla dünyanın bir çox aparıcı musiqiçilərinin onun hazırladığı alətlərdə ifa etmələrinə səbəb olmuşdur. Eyni zamanda, Piter özünün hazırladığı alətlərdə müxtəlif ifalar nümayiş etdirməklə bütün Avstraliyanı və Yeni Zelandiyanı gəzib dolaşmış və David Haykes Triosu ilə Meksika, ABŞ və Fransa da daxil olmaqla qastrol səfərlərində və Honq-Konqda keçirilən Asiya İncəsənəti Festivalında öz musiqi nömrələri ilə çıxış etmişdir. 2002-ci ildə o, Ross Dali, Kayhan Kalhor və Druba Qoş da daxil olmaqla məşhur musiqiçilərlə birgə öz ifaçılıq məharətini göstərməklə Almaniyanın Rudolştat şəhərində keçirilən Knee Fiddle Magic festivalında iştirak etmək üçün dünya üzrə seçilmiş 8 musiqiçidən biri olmuşdur. |
Piter Biffin iyirmi ildən artıq bir müddətdə beynəlxalq
aləmdə öz yüksək imicini qoruyub saxlayan
Avstraliyanın görkəmli alət ustalarından biridir. Onun
işinin keyfiyyəti kraliça II Elizabeta (Gümüş
Yubiley Medalı), Avstraliya Höküməti
(Mədəniyyət Mübadiləsi Proqramı, Xarici
İşlər Departamenti), Avstraliya Şurası (bir
neçə qrant, İncəsənət Şurası; tarhu tədqiqatı, Musiqi Şurası) və dünya
musiqiçiləri tərəfindən yüksək
qiymətləndirilmişdir.