| english version |
![]() |
![]() |
![]() |
İlham Rəhimlinin "Habil Kaman" kitabı görkəmli sənətkar, kamança ustası Habil Əliyevin zəngin və orijinal yaradıcılığına həsr olunub. Kitabda müəllif Habil Əliyev sənətinin başlıca estetik məziyyətlərini, onun ifa üslubunun mahiyyət və prinsiplərini qələmə alıb. Azərbaycan musiqi mədəniyyəti tarixində "Habil Əliyev fenomeni" vardır. Kitabda həmin fenomeninin elmi-nəzəri səciyyələri təhlil edilib. Habil Əliyev kaman sənətində böyük ifa vəsəs yenilikləri yaradıb,pərdələrdən istifadə prinsiplərində orijinal əlavələr edib.Bu sənətkarlıq xüsusiyyətlərinin elmi əsasları və dünya səviyyəsində möhtəşəm nailiyyətləri kitabda zəngin faktlarla göstərilib. Azərbaycan Milli İfaçılıq sənətində Habil Əliyevin öz məktəbi yetişib.Yüzlərlə musiqiçi məhz həmin məktəbin sənətkarlıq xüsusiyyətləri əsasında formalaşıblar. "Habil Kaman" kitabında bu məsələyə ayrıca bölmə ayrılıb. Müəllif: İlham Əziz oğlu Rəhimli
| |
![]() |
Musa Axundovun "Habil Kaman Möcüzəsi" kitabı respublikamızın hüdudlarından çox uzaqlarda məşhur olan, görkəmli virtuoz kamançaçalan, Azərbaycan Respublikasının xalq artisti, incəsənət doktoru Habil Əliyevin həyat və yaradıcılığına həsr olunmuşdur.
Müəllif: Musa Axundov
| |
![]() |
Azərbaycanda qüdrətli sənətkar kimi tanınmış, uşaqdan böyüyə kimi hamının sevdiyi və özünü unudub qulaq kəsildiyi kamança ustası Habil Əliyev həm də müdrik, hazırcavab, zarafatcıl söz adamıdır. Uzun illərdir musiqiçilər, ziyalılar, arasında onun lətifələri, atmacaları gəzib dolaşmaqdadır. Bu kitabda müəllif Habil Əliyevlə bağlı lətifələr toplayıb. Müəllif: Əjdər Ol
| |
![]() |
Əjdər Olun “Habil Əliyev ucalığı” (Bakı, “Nurlar”-2007) kitabı virtuoz sənətkar H.Əliyevin 80 illik yubileyilə bağlı hazırlanmış nəfis nəşrdir. Kitabda sənətkarın tərcümeyi-halı, xatirələri, məhşur simaların onun haqqında söylədiyi qiymətli fikirlər, müxtəlif vaxtlarda kamança ustasına həsr edilmiş məqalələrdən parçalar, şeirlər əksini tapmışdır. Materiallar Habil Əliyevin fotoşəkilləri, onun obrazının canlandırıldığı rəsm, heykəltaraşlıq əsərlərinin reproduksiyaları ilə müşaiyyət olunur. Habil Əliyev əvəzsiz sənətkar olmaqdan başqa həm də iti, çevik, müdrik sözlər deyən, lətifə qəhrəmanına çevrilən ustaddır. Bu kitabda müəllif onunla bağlı qələmə aldığı lətifələri də daxil etmişdir. Müəllif: Əjdər Ol
| |